Qazaxıstanın gənclər yığmasının müdafiəçisi Kərəm Sultanov karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə "vesti.kz" məlumat saytı yayıb.

Qazaxıstanın gənclər yığmasının müdafiəçisi Kərəm Sultanov karyerasını Azərbaycanda davam etdirəcək. Matc.az xəbər verir ki, bu barədə "vesti.kz" məlumat saytı yayıb.

Bildirilir ki, 24 yaşlı oyunçu "Sumqayıt"la anlaşıb. O, Avropa Liqasında çıxış etmək üçün "kimyaçılar"ın dəvətini geri çevirməyib.

Azərbaycan əsilli futbolçu Qazaxıstanın U-21 millisində çıxış edib. Son klubu "Kaspi" (Aktau) olan futbolçu yerli "Kızıl-Jar"da da oynayıb.

Xatırladaq ki, "Sumqayıt" yay fasiləsində Tellur Mütəllimov və Elvin Məmmədovu da heyətinə cəlb edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest