Futbol üzrə Rusiya superkubokunun yeni qalibi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, bu mükafat uğrunda son çempion və kunokun qalibi "Zenit"lə gümüş medalların sahibi olan Moskva "Lokomotiv"i qarşılaşıb.
 
Sankt-Peterburq təmsilçisi bu oyundan 2:1 hesablı qələbə ilə ayrılıb. "Zenit"in heyətində Dzyuba (14-cü dəqiqə) və Ozdoyev (69) fərqlənibsə, "Lokomotiv"in futbolçusu çorlukanın (72) qolu sadəcə, təsəlli xarakteri daşıyıb.
 
Beləliklə, "Zenit" həm bir mövsümdə üç titul qazanıb, həm də tarixində beşinci dəfə superkubokun qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest