Kristiano Ronaldo İtaliyanın "Yuventus" klubunun tarixinə düşüb. Matc.az xəbər verir ki, ulduz oyunçu Turin klubunda bir mövsümə ən çox qol vuran futbolçu adına yiyələnib.

Ronaldo çempionlar Liqasının 1/8 final mərhələsinin "Lion"la cavab oyununda (2:1) dubla imza atıb. Bununla da onun 2019/20 mövsümündəki qol sayı 36-ya çatıb.

"Ağ-qaralar"ın tarixində əvvəlki rekord macarıstanlı Ferens Xirzerə məxsus idi. O, 1925/26 mövsümündə 35 qol vurmuşdu. Ronaldo 94 ildən sonra rekordu yeniləyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest