"Zirə" ilə yollarını ayıran Riçard Qadzenin yeni klubu məlum olub.
 
Matc.az xəbər verir ki, 26 yaşlı hücumçu Moldovanın "Şerif" klubuna transfer olunub.
 
Bu barədə Tiraspol təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Qadze ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Qanalı hücumçu yeni klubunda 43 nömrəli formada mübarizə aparacaq.
 
Qadze 2019-cu ilin oktyabrından "Zirə"nin formasını geyinirdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest