"Los-Anceles Qalaksi"nin hücumçusu Zlatan İbrahimoviçin "Milan"a keçidi baş tutmayıb. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, tərəflər son anda ortaq məxrəcə gələ bilməyiblər.

Daha əvvəl 37 yaşlı forvardın yanvarda "rossonyerlər"lə 6 aylıq müqavilə bağlayacağı bildirilmişdi. Ancaq gözlənilmədən razılıq əldə olunmayıb. "Milan" rəhbərliyi hücumu gücləndirmək üçün artıq başqa alternativləri nəzərdən keçirməyə başlayıb. Zlatanın isə ABŞ klubunda qalması gözlənilir.

Qeyd edək ki, Zlatan İbrahimoviç başa çatan mövsümdə MLS liqasında 27 oyun keçirib, 22 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Los-Anceles Qalaksi" ilə müqavilə müddəti bu ayın sonunda bitir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest