Futbol "kralı" Pele Fransa millisinin hücumçusu Kilian Mbappeni tərifləyib. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, braziliyalı futbol əfsanəsi PSJ-nin forvardını özünə bənzədib.

O, Mbappe ilə Neymarı da müqayisə edib: "Hamı məni Mbappe ilə müqayisə edir. Biz ikimiz bir-birimizə oxşayırıq. Mbappe 19 yaşında artıq dünya çempionudu. Mən isə 40 il əvvəl oynamışam. Ancaq ümumilikdə bənzərliklərimiz çoxdu. O ki qaldı Neymara, onun vəziyyəti sadə deyil. Onunla söhbət etdim və dedim ki, yalnız futboluna diqqət eləsin. Tanrı ona futbol oynamaq üçün hər cür istedad verib. Bu hədiyyədən yaxşı istifadə etməli, vəziyyətini çətinləşdirməməlidi. Neymar indi Mbappedən daha təcrübəlidi. Ancaq Avropada Mbappedən daha çox danışırlar".

Qeyd edək ki, "Monako"dan 180 milyon avroya PSJ-yə keçən Kilian Mbappe bu il Fransa millisi ilə dünya çempionu olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest