Azərbaycanın U-21 millisinin futbolçusu Ozan Can Kökçünün qardaşı Orkun Kökçü Avropa nəhənglərinin maraq dairəsindədi. Matç.az saytı xəbər verir ki, aşağı yaş qrupu üzrə yığmamıza çağırılması gündəmdə olan oyunçu növbəti təklifi PSJ-dən alıb.

"çelsi", "Arsenal", "Tottenhem", "Fənərbaxça" və "Beşiktaş"ın gündəmində olan "Feyenoord"un üzvünü PSJ-nin bir müddətdi izlədiyi məlum olub. "Feyenoord"un U-19 komandasının heyətində 17 qol vurub, 34 məhsuldar ötürmə verməsi fransızların diqqətindən yayınmayıb.

PSJ hollandlarla danışıqlara artıq başlayıb. Fransızlar 17 yaşlı yarımmüdafiəçini yanvarda transfer etmək niyyətindədilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest