Türkiyənin "Hatayspor" klubunun yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisini yeni mövsümdə ömer Erdoğan çalışdıracaq.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk mütəxəssislə 1 illik müqavilə imzalanıb.
 
Tarixində ilk dəfə Super Liqada mübarizə aparmaq hüququ qazanan "Hatayspor" "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqlar aparsa da, 48 yaşlı mütəxəssis bu dəvəti qəbul etməmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest