Azərbaycanı futbol üzrə UEFA çempionlar Liqasında təmsil edəcək "Qarabağ" bu gün növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Ağdam klubu "Azərsun Arena"da "Sabah"la qarşılaşıb.
 
Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilmiş yoxlama oyununda "Sabah" 2:1 hesablı əzmkar qələbə qazanmışdı. Bu dəfə isə Ağdam klubu hər hissədə bir qol vurmaqla inamlı qələbəyə sevinib.
 
Bu, "Sabah" toplanış çərçivəsində ilk məğlubiyyətidi. Sözügedən komanda "Qarabağ"la yanaşı "Sumqayıt"a (1:0), "Neftçi"yə (5:2), və "Qəbələ"yə (2:0) qalib gəlmişdi. "Qarabağ" isə iki dəfə "Keşlə"ni (3:1, 4:0), bir dəfə də "Neftçi"ni (1:0) məğlub etmişdi.
 
Yoxlama oyunu
11 avqust
 
Qarabağ - Sabah 2:0
Qol: Uroş Matiç, 31-pen. Mahir Emreli, 85.
Bakı. "Azərsun Arena" stadionu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest