Madrid "Real"ı qapıçısı Alfons Areola ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Müqavilə ilə Fransa çempionu PSJ-yə məxsus olan 27 yaşlı qolkiperin icarə müddəti başa çatıb. "Kral klubu" Areolanın transfer hüquqlarını Paris təmsilçisindən almaqdan imtina edib.
 
Qeyd edək ki, Alfons Areola cari mövsüm 9 rəsmi matçda meydanda olub və 11 qol buraxıb. O, 2018-ci ildə Fransa millisi ilə birlikdə Rusiyada keçirilən dünya çempionatı qazanıb. Areola həmin vaxt yığmanın 3-cü qapıçısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest