İngiltərənin "Koventri Siti" klubu Renat Dadaşovu heyətinə qatmaqda israrlıdır. Matc.az "vavel.com" saytına istinadən xəbər verir ki, komanda yenidən yığmamızın üzvünü gündəminə gətirib.

Britaniya mətbuatı daha öncə bu transferin baş tutmadığını bildirmişdi. Ancaq komandanın "Vulverhempton"un iki oyunçusu – Ouen Otasovie və Renat Dadaşovla hələ də maraqlandığı yazılıb.

Qeyd edək ki, azərbaycanlı futbolçu Premyer Liqa təmsilçisinin U-21 komandasına çıxış edir. O, hələ ki əsas heyətlə debüt edə bilməyib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest