"Mançester Siti" müdafiəçi Kalidu Kulibalinin transferində israrlıdır. Matc.az xəbər verir ki, "şəhərlilər" seneqallı oyunçu üçün  "Napoli" ilə danışıqları davam etdirir.

Məlumata görə, Premyer Liqa təmsilçisinin baş məşqçisi Pep Qvardiola müdafiəçinin alınmasını tələb edir. Rəhbərliyin Klubaliyə beş illik müqavilə və 10 milyon avro maaş təklif etdiyi bildirilir.

"Napoli" isə 29 yaşlı futbolçunun satışından 80 milyon qazanmaq niyyətindədir. Tərəflər arasında danışıqların davam etdiyi vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest