çexiyanın "Viktoriya" (Jijkov) klubu növbəti yoxlama oyununu keçirib.
 
Matc.az xəbər verir ki, Azərbaycan U-21 yığmasının hücumçusu Fərid Nəbiyevin çıxış etdiyi Jijkov təmsilçisi digər çexiya klubu "Vısotsina" ilə üz-üzə gəlib.
 
Beş qolun qeydə alındığı matç "Viktoriya"nın qələbəsiylə başa çatıb – 3:2.
 
Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana daxil olub. Komandasının ilk qolunu da azərbaycanlı futbolçu vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest