Premyer Liqa klubu "Nyukasl"da rəhbər dəyişikliyi baş verə bilər. Matç.az saytının xarici mətbuata istinadən məlumatına görə, "sağsağanlar"ın səhmlərinin yaxın vaxtlarda satılması gözlənilir.

Klubun artıq 3 müştərisi var ki, bunlardan biri də Türkiyə şirkətidi. Adı açıqlanmasa da, həmin şirkətin "Nyukasl"ı almaq üçün hərəkətə gəldiyi bildirilib. Tərəflər arasında hətta ilkin danışıq da olub.  "Nyukasl"la maraqlanan digər şəxslər adı açıqlanmayan ABŞ-lı milyarder və "Atlanta Yunayted"in sahibi Artur Blankdı.

Qeyd edək ki, "Nyukasl" 14 turdan sonra Premyer Liqada 14-cü pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest