İtaliya çempionu "Yuventus" fransız yarımmüdafiəçisi Blez Matuidi ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Turin klubunun rəsmi saytı məlumat yayıb.
 
33 yaşlı futbolçunun 2021-ci ilin yayına qədər olan müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Xidmətlərinə görə fransız yarımmüdafiəçiyə təşəkkür edən klub ona gələcək karyerasında uğurlar arzulayıb. 
 
Qeyd edək ki, 2017-ci ilin yayında Fransa PSJ-sindən "Yuventus"a keçən Matuidinin İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhemin sahibi olduğu ABŞ-ın "İnter Mayami" komandasına transfer olacağı gözlənilir.
 
Fransa millisinin də üzvü olan təcrübəli futbolçu 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest