"Yuventus"un yarımmüdafiəçi Pol Poqbanı geri qaytırmaq niyyətindədir. Matc.az "Tuttosport" nəşrinə istinadən xəbər verir ki, Turin klubu bu transferdə Pauolo Dibalandan da istifadə etməyə hazırdır.

Məlumata görə, A Seriyası təmsilçisi argentinalı ilə müqavilə uzatmaq istəsə də, danışıqlar müsbət nəticə vermir. Belə ki, Dibala yeni sözləşmədə illik 15 milyon avro tələb edir. Rəhbərlik isə 10 milyon və əlavə bonsular təklif edib. Bu səbəbdən də razılıq əldə olunmur.

Nəşr iddia edir ki, əgər tərəflər arasında anlaşma olmasa, klub Dibalanı Poqabaya qarşılıq "Mançester Yunayted"ə təklif edəcək.

Qeyd edək ki, fransalı futbolçu 2016-cı ildə Turin təmsilçisindən 105 milyon avro qarşılığında "qırmızı şeytanlar"a keçib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest