Moldova çempionatı dayandırılıb. Matc.az xəbər verir ki, buna səbəb ölkədə koronavirus infeksiyasının yayılmasıdır.

Moldova çempionatı dayandırılıb. Matc.az xəbər verir ki, buna səbəb ölkədə koronavirus infeksiyasının yayılmasıdır.

Futbol Federasiyasının Fövqəladə Komitəsi bir neçə klubun müraciətini nəzərə alaraq, təcili toplantı keçirib. İclasda IX və X turun təxirə salınması qərara alınıb. çempionatın sentyabrın 11-də bərpa olunacağı və həmin gün IX turun oyunları keçiriləcəyi bildirilib.

Komitə avrokuboklarda iştirak edəcək "Şerif", "Sfintul George", "Petrokub" və "Dinamo-Avto" komandalarına beynəlxalq oyunlaradək karantin rejimində hazırlaşmağı tövsiyə edib

Qeyd edək ki, "Qarabağ" çempionlar Liqasında Şimali Makedoniya "Sileks"ini keçərsə, II təsnifat mərhələsində Moldova çempionu "Şerif"lə Lüksemburq "Fola"sı cütlüyünün qalibi ilə qarşılaşacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest