"Qarabağ" heyətini daha bir futbolçu ilə gücləndirmək niyyətindədir. Matc.az "B92" nəşrinə istinadən xəbər verir ki, Ağdam klubu "Srvena Zvezda"nın futbolçusu Milan Pavkovla maraqlanır.

Məlumata görə, "köhlən atlar" 26 yaşlı hücumcunun maliyyə tələblərini yerinə yetirərsə, transfer gerçəkləşə bilər. Serbiyalı forvardın "Qarabağ"da oynamağa müsbət yanaşdığı bildirilir.

Qeyd edək ki, Milan Pavkov 2017-ci ildən "Srvena Zvezda"da çıxış edir. O, 2018/2019 mövsümündə komandası ilə çempionlar Liqasının qrup mərhələsində "Liverpul"a qarşı 2 dəfə fərqlənməyi bacarıb. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest