Futbol üzrə Azərbaycan Premyer Liqasında yeni mövsümə hazırlaşan "Neftçi" və "Qəbələ" bu gün yoxlama oyununda qarşılaşıb.
 
Matc.az xəbər verir ki, 8-ci km stadionunda keçirilən oyun paytaxt təmsilçisinin qələbəsiylə yekunlaşıb.
 
"Neftçi"yə qələbə qazandıran qolları Mamadu Kane və Yusuf Laval vurub. Əyalət təmsilçisinin heyətində isə penaltini dəqiq yerinə yetirən Nikolas Raysel fərqlənib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest