"Sileks"in baş məşqçisi Qoran Simov Şimali Makedoniya çempionatının II turunda "Pelister"lə ev oyunundan sonra (2:2) mətbuat konfransı keçirib. Matc.az xəbər verir ki, 45 yaşlı mütəxəssis rəqibin istədiyinə çatdığını bildirib:

"Qonaqların erkən qol vurması işimizi çətinləşdirdi. Oyuna nəzarət etsək də, çox qol şansımız olmadı. Rəqib bura bura 1 xal dalınca gəlmişdi, istəyinə çatdı. İndi çempionlar Liqasında "Qarabağ"la qarşılaşacağıq. Açığı, bu vacib görüş öncəsi komandanın oyunundan razı qalmadım".

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Sileks" oyunu 20:00-da start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest