çempionlar Liqasında "Bavariya"ya 2:8 hesabı ilə uduzan "Barselona"da baş məşqçi Kike Setyenin postundan ayrıldığı bildirilir. Matc.az xəbər verir ki, artıq onun yerinə gələcək çalışdırıcının da adı məlumdur.

İddia edilir ki, rəhbərlik "Tottenhem"in sabiq baş məşqçisi Maurisio Poçettino ilə danışıq aparır.  Argentinalı mütəxəssis bir müddət öncə Kataloniya klubunda çalşmaq istəmədiyini bildirmişdi. Ancaq klub rəhbərliyinin onu yenidən gündəminə aldığı vurğulanıb.

Qeyd edək ki, Poçettino ötən mövsüm London klubundan ayrıldıqdan sonra işsizdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest