"Barselona"nın hücumçusu Lionel Messi komandanı tərk etməyə hazırlaşır. Matc.az  "Cadena Cope" nərşinə istinadən xəbər verir ki, argentinalı klubdakı idarəetmə sistemindən narazıdır.

Məlumata görə, Leo gələn il başa çatacaq müqaviləsini yeniləmək istəmir. O, "Bavariya"ya qarşı alınan ağır məğlubiyyətdən sonra ayrılmağa qərar verib. İspaniya mətbuatı daha öncə də Messinin Kataloniya klubunu tərk edəcəyini iddia edirdi.

Qeyd edək ki, ulduz futbolçu ilə "İnter" və "Mançester Siti"nin maraqlandığı bildirilir. Leonun sabiq baş məşqçisi Pep Qvardiola ilə çalışmağa daha müsbət yanaşdığı vurğulanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest