"Sumqayıt" daha əvvəl anlaşdığı Qazaxıstanın U-21 millisinin sabiq futbolçusu Kərəm Sultanovun keçidini rəsmiləşdirib.
 
Matc.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi 24 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.
 
Sultanov yeni komandasında 4 nömrəli forma ilə çıxış edəcək.
 
Qeyd edək ki, K.Sultanov ölkəsində "Ordabası", "Bayterek", "Kızıl-Jar" və "Kaspi" klublarının formasını geyinib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest