Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında 4 ən yaxşı nəticəyə malik olan yığma elit-raunda yüksələcək. Bu mərhələnin oyunları isə 2020-ci ilin yazında baş tutacaq. İspaniya və İngiltərə birbaşa elit-raunddan mübarizəyə start verəcək.

Bu gün 17 yaşadək futbolçular arasında AVRO-2020-nin seçmə mərhələsinin püşkü atılıb. Matç.az saytı xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə 52 komanda 13 qrupa bölünüb.

Azərbaycan millisi 9-cu qrupuna düşüb. Yığmamızın rəqibləri Almaniya, Yunanıstan və Qazaxıstan olub.

Seçmə mərhələ 2019-cu ilin payızında keçiriləcək. Azərbaycan yığmasının yer aldığı qrupun oyunlarına ev sahibliyi edəcək ölkə hələlik dəqiqləşməyib.

Hər qrupda ilk iki yerin sahibi və üçüncülər arasında 4 ən yaxşı nəticəyə malik olan yığma elit-raunda yüksələcək. Bu mərhələnin oyunları isə 2020-ci ilin yazında baş tutacaq. İspaniya və İngiltərə birbaşa elit-raunddan mübarizəyə start verəcək.

Qeyd edək ki, final mərhələsi Estoniyada keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest