İspaniyanın "Real Sosyedad" klubunda iki nəfərdə koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə futbolçular və məşqçilər də daxil olmaqla bütün klub kollektivinin koronavirus testindən keçirildiyi, yalnız iki nəfərin analizinin müsbət nəticə verdiyi diqqətə çatdırılıb. Xəstəlik aşkarlananların kimliyi açıqlanmır. Onların karantinə alındığı və qarşıdakı günlərdə təkrar testdən keçiriləcəkləri bəyan olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest