Türkiyənin "Hatayspor" klubu dörd futbolçusu ilə yollarını ayırıb.
 
Matc.az xəbər verir ki, geridə qalan mövsümdə TFF 1-ci liqada çempion olan və yeni mövsümdən Super Liqada mübarizə aparmaq hüququ qazanan bu klub Yasin Güreler, Furkan Şeker, Alican özfesli və ömer Alıcı ilə vidalaşıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onların hər birinə komandaya göstərdikləri xidmətlərə görə təşəkkür edilib və gələcək karyeralarında uğurlar arzulanıb.
 
Qeyd edək ki, "Hatayspor"a bir neçə gün öncə yeni baş məşqçi təyin olunub. Komandanı Super Liqada ömer Erdoğan çalışdıracaq. Onun elita üçün yeni heyət formalaşdıracağı bildirilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest