İspaniyanın "Eybar" klubunda koronavirusa yoluxma halı qeydə alınıb.
 
Matc.az xəbər verir ki, əsas heyətin futbolçuları, məşqçiləri və işçiləri dünən koronavirus testindən keçib. 
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Testlərdə bir nəfərin nəticəsinin pozitiv olduğu bildirilir. Həmin şəxsin adı açıqlanmır.
 
özünü yaxşı hiss edən xəstənin karantinə alındığı qeyd olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest