Futbol üzrə Azərbaycan milli komandasının hücumçusu Rüfət Dadaşovun şərəfini qoruduğu "Finiks Rayzinq" klubu ABŞ-ın birinci liqasında növbəti oyununu keçirib.
 
Matc.az xəbər verir ki, sözügedən komanda "San Dieqo Loyal" ilə qarşılaşıb və 2:0 hesablı qələbə qazanıb.
 
Rüfət oyuna start heyətində başlayıb və 74-cü dəqiqəyədək meydanda olub.
 
16 xal toplayan "Finiks Rayzinq" B qrupunun lideridir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest