Bu qələbələrdən sonra xallarının sayını 4-ə çatdıran "Şkupi" 2-ci, "Şkendiya" 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə eyni xala malik "Sileks" rəhbərlik edir. Hansı ki, bu komanda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir

Futbol üzrə Şimali Makedoniya çempionatında 2-ci turun oyunları keçirilib.
 
Matc.az xəbər verir ki, Avropa Liqasının 1-ci təsnifat mərhələsində müvafiq olaraq "Neftçi" və "Sumqayıt"ın rəqibi olan "Şkupi" ilə "Şkendiya" da növbəti matçlarına çıxıb.
 
"Şkupi" evdə "Makedoniya GP" üzərində 3:1 hesablı qələbəyə sevinib. "Şkendiya" da "Ştruqa"nı 2:0 hesabıyla məğlub yola salıb.
 
Bu qələbələrdən sonra xallarının sayını 4-ə çatdıran "Şkupi" 2-ci, "Şkendiya" 3-cü pillədə qərarlaşıb. Turnir cədvəlinə eyni xala malik "Sileks" rəhbərlik edir. Hansı ki, bu komanda UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir.
 
Qeyd edək ki, "Qarabağ" "Sileks"i avqustun 18-də qəbul edəcəksə, "Neftçi" – "Şkupi" və "Sumqayıt" – "Şkendiya" oyunları bu ayın 27-də baş tutacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest