Bu gün 19 yaşadək futbolçular arasında Avropa çempionatının elit-raundunun püşkatma mərasimi baş tutub. Matç.az saytı xəbər verir ki, seçmə mərhələni uğurla adlayan Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

Vüqar Məmmədin yetirmələri elit-raundda 1-ci qrupunda İrlandiya, Rusiya və Rumıniya ilə mübarizə aparacaq. Hələlik bu qrupun oyunlarını qəbul edəcək ölkə dəqiqləşməyib.

Qeyd edək ki, elit-raundun oyunları 2019-cu ilin yazında keçiriləcək. Mayın 19-dək başa çatacaq raundda qrup qalibi olanlar Ermənistanda keçiriləcək final mərhələsinə yüksələcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest