Azərbaycanın U-21 millizinin üzvü Ozan Can Kökçünün qardaşı Orkun Kökçü "Beşiktaş"a keçməyə çox yaxındı. Matç.az saytı xəbər verir ki, bu barədə oyunçunun atası Halis Kökçü məlumat verib.

O Türkiyə mətbuatına açıqlamasında bildirib ki, "Feyenoord"un gənc üzvü tezliklə bu ölkəyə köçə bilər: "Bizim "Fənərbaxça" ilə heç bir təmasımız olmayıb. Ancaq "Beşiktaş"dan təklif almışıq və danışıqlar davam edir. Biz ailəlikcə "Beşiktaş" azarkeşiyik. Orkun da həmçinin bu komandanı uşaqlıqdan sevir. Ancaq ilk növbədə klublar bu keçiddə ortaq məxrəcə gəlməlidilər. "Beşiktaş"ın Orkunla bağlı layihəsindən xəbərimiz var. ümid edirəm ki, bu keçid baş tutar".

Qeyd edək ki, Orkun Kökçünün Azərbaycanın U-21 millisinə çağırılması gündəmdədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest