İngiltərə çempionu "Liverpul" 19 yaşlı futbolçusu Neko Uilyamsla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
"Qırmızılar"ın öz yetirməsi olan sağ cinah müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. 
 
Uelsin U-19 yığmasının üzvü olan Uilyams, 2019-cu ilin oktyabrında "Liverpul"un əsas komandasında debüt edib. O, indiyə qədər əsas komandada 6-sı Premyer Liqada olmaqla 11 rəsmi oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest