İngiltərənin "Sauthempton" klubu yarımmüdafiəçisi Ceyms Uord-Prouzla müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
25 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. 
 
Uord-Prouz 8 yaşından bəri "Sauthempton"da çıxış edir. O, geirdə qalan mövsümdə bu komandanın Premyer Liqa çərçivəsində keçirdiyi 38 oyunun hamısında 90 dəqiqə meydanda olub və 5 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest