İngiltərənin "Tottenhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, London klubu "Bernli"dən ayrılan qapıçı Co Hartı heyətinə qatıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 33 yaşlı futbolçuyla 2 illik müqavilə imzalanıb.
 
2007-2018-ci illər aralığında "Mançester Siti"də forma geyinən Hart, 2018-ci ilin yayında "Bernli"yə keçib. O, İngiltərə millisində 75 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest