Türkiyənin "Fənərbaxça" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"dan Mame Tiamı transfer edib.
 
Bu barədə klubun saytı məlumat verib. Seneqallı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
27 yaşlı hücumçu son mövsümdə "Kasımpaşa"nın heyətində meydana çıxdığı 28 oyunda 12 qol vurub, 5 məhsuldar ötürmə müəllifi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest