"Mançester Siti" qapıçısı Klaudio Bravo ilə yolları ayırıb.
 
Matc.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
çilili qolkiperin müddəti başa çatan müqaviləsi yenilənməyib.
 
Qeyd edək ki, 37 yaşlı qapıçı 2016-cı ildə "Barselona"dan Mançester təmsilçisinə transfer olunmuşdu. O, "Mançester Siti"də ümumilikdə 61 matçda 60 qol buraxıb. Bravo 2018/19 mövsümündə zədə səbəbindən təxminən 10 ay yaşıl meydanlardan uzaq qalmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest