İtaliyanın "Napoli" klubu üç futbolçusu ilə müqavilənin müddətini uzadıb.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Neapol təmsilçisi sağ cinah müdafiəçisi Covanni Di Lorenso, sol cinah müdafiəçisi Mario Rui və yarımmüdafiəçisi Elif Elmas ilə yenidən anlaşıb. Sözügedən oyunçularla 5 illik müqavilə imzalanıb. 
 
Mario Rui 2017-ci ildə "Roma"dan "Napoli"yə gəlib. 29 yaşlı futbolçu Portuqaliya yığmasında da oynayıb.
 
27 yaşlı Di Lorenso ötən ilin yayından Neapol klubunun uğurları üçün çalışır. İtaliya yığmasında da oynamış futbolçu "Empoli"dən transfer olunub.
 
Elif Elmas isə "Fənərbaxça"dan transfer olunub. 20 yaşlı yarımmüdafiəçi həm də Şimali Makedoniya yığmasının üzvüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest