Madrid "Real"ı müdafiəçisi Xesus Valyexonu yenidən icarəyə verib.
 
Matc.az xəbər verir ki, 23 yaşlı qarşıdakı mövsümü də "Qranada"da keçirəcək.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Valyexo geridə qalan mövsümün ikinci yarısını məhz "Qranada"da keçirib. Onun bu klubla icarə müqaviləsinin müddəti mövsümün sonunda başa çatmışdı. Amma La Liqa təmsilçisi ispan futbolçunun daha bir mövsüm heyətində qalmasını istəyib. Bu üzdən də Valyexo 2021-ci ilin 30 iyununa kimi "Qranada"da qalacaq.
 
Qeyd edək ki, "Saraqosa"nın yetirməsi olan müdafiəçi 2015-ci ildən "Real"da çıxış edir. Amma Madrid təmsilçisində möhkəmlənə bilməyən futbolçu, "Qranada"dan öncə "Saraqosa", "Ayntraxt" və "Vulverhempton"a da icarəyə verilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest