Türkiyənin "Antalyaspor" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi geridə qalan mövsümü "Göztəpə"də keçirmiş Serdar Gürleri transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Türkiyə yığmasında da oynamış 28 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.
 
Fransada dünyaya göz açan, "Soşo"nun yetirməsi olan Serdar, "Elazığspor", "Trabzonspor", "Kayseri Erciyesspor", "Gənclərbirliyi", "Osmanlıspor" və "Hueska"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest