"Neftçi"dən ayrılan Vangelis Platellasın yeni klubu müəyyənləşmək üzrədir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 32 yaşlı futbolçu karyerasını ölkəsi Yunanıstanda davam etdirə bilər.

Məlumata görə, yarımmüdafiəçi ilə AEL klubu maraqlanır. Larisa təmsilçisinin artıq Platellasla danışıqlara başladığı bildirilir.

Qeyd edək ki, Vangelis Platellas "Neftçi"yə 2019-cu ilin yanvarında OFİ-dən keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest