Braziliyanın "Parana" klubunun futbolçusu Rafael Alemao karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 24 yaşlı oyunçu hazırkı klubunu tərk etməyə hazırlaşır.

Məlumata görə, Alemao adı açıqlanmayan Azərbaycan komandalarının biri ilə danışıq aparır. Onun hazırda çıxış etdiyi "Parana" klubu ilə müqaviləsinə xitam verməsi gözlənilir. 23 yaşlı sağ cinah oyunçusu danışıqların davam etməsi səbəbindən B seriyasının son oyunu olan "Quarani" səfərinə aparılmayıb.

Qeyd edək ki, "Parana"nın yetirməsi olan Rafael Alemao hələlik yalnız bu klubda çıxış edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest