Azərbaycan milli komandasının da iştirak edəcəyi UEFA Millətlər Liqası ləğv edilməyəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA milli federasiyalarla məsləhətləşdikdən sonra turniri ləğv etməmək barədə qərar qəbul edib.

"Böyük beşlik" ölkələrinin təmsilçiləri sıx qrafik səbəbindən Millətlər Liqasının 2020-ci ildə oynanmamasını istədiyi iddia edilirdi. Bu halda yığmalar bir ildən çox görüş keçirməyəcəkdi. Ancaq UEFA-nın turniri davam etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, Azərbaycan millisi UEFA Millətlər Liqasında ilk oyununu sentyabrın 5-də Bakıda Lüksemburqa, ikinci matçını isə 3 gün sonra səfərdə Kiprə qarşı oynayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest