"Belə bir klubda olduğum üçün xoşbəxtəm. Bakı əla şəhərdir. ötən il Avropa Liqasının qrup mərhələsində çıxış etdik. Burada özümü rahat hiss edirəm".

Matc.az xəbər verir ki, bu sözləri "Qarabağ"n futbolçusu Xayme Romero İspaniyanın AS nəşrinə deyib. 30 yaşlı oyunçu çempionlar Liqasının I təsnifat mərhələsində "Sileks"ə qarşı alınan qələbəni də (4:0) dəyərləndirib. O, hədəfələrinin ən pis halda Avropa Liqasının qrup mərhələsinə vəsiqə qaznamaq olduğunu bildirib:

"Vurduğum qol gözəl alındı, müdafiəçinin yaratdığı boşluqdan yararlandım. Ozobiçin mənə verdiyi ötürmə də çox yaxşı idi. Avrokuboklarda yolumuza davam etmək istəyirik. çempionlar Liqasında qrupa düşə bilməsək, Avropa Liqasının qrupunda oynamağa çalışacağıq".

Romero həmyerliləri Dani Kintana və Miçelin "Qarabağ"dan ayrılmasına üzüldüyünü də gizlətməyib: "Onlarla çox yaxşı anlaşırdım. Məni tək buraxdılar. Xoşbəxtlikdən qardaşım Dani burada, əvəzedici komandadadır".

Futbolçu Premyer Liqada 2020/21 mövsümünün başlamaq üzrə olduğunu və yenidən çempionluq barədə düşündüklərini əlavə edib: "Premyer Liqa ilə avrokubok oyunları qarışacaq. Bu, böyük məsuliyyətdir. Ancaq məqsəd çempionluq seriyasını davam etdirmək və ötən mövsümdəkindən çox qol vurmaqdır".

Qeyd edək ki, Xayme Romero ötən mövsüm Premyer Liqada 13 oyun keçirib, 3 qola imza atıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest