İspaniyanın "Barselona" klubunun yeni baş məşqçisi məlum olub.
 
Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin "sükan"ı Ronald Kumana tapşırılıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Niderlandlı mütəxəssislə müqavilə 2022-ci ilin yayına qədər nəzərdə tutulub. 
 
Xatırladaq ki, Kuman futbolçu karyerası dönəmində, 1989-cu ildən 1995-ə qədər "Barselona"da çıxış edib.
 
"Barselona"nın yeni idman direktoru isə Ramon Planes təyin olunub. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Planesdan əvvəl bu vəzifədə Erik Abidal çalışırdı. Lakin baş məşqçi Kike Setyenin istefaya göndərilməsindən sonra Abidal da ötən gün postundan kənarlaşdırılmışdı.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest