İngiltərə Premyer Liqasının XV turu bir neçə komanda üçün əlamətdar olub. Matç.az saytının məlumatına görə, bu baxımdan "Arsenal" və "Liverpul"u xüsusi vurğulamaq olar.

Mövsümün startındakı iki yenilgidən bəri "Arsenal" artıq 20 oyundu ki, məğlubiyyətin nə olduğunu bilmir. ötən turda "Mançester Yunayted"lə qollu bərabərə qalan (2:2) "topçular" son 20 qarşılaşmanın 15-də qələbə qazanıb, 5-də heç-heçə edib.

"Bernli" üzərində 3:1 hesablı qələbə qazanan "Liverpul" Premyer Liqada məğlubiyyətsiz oyunlar seriyasını 15-ə çatdırıb - 12 qələbə, 3 heç-heçə. Bu mövsüm uduzmayan "qırmızılar" lider "Mançester Siti"dən cəmi 2 xal geri qalır.

"Arsenal"la görüşdən 1 xalla ayrılan "Mançester Yunayted" isə "Old Trafford"da yenə qol buraxıb. "Qırmızı şeytanlar" bu mövsüm doğma arenalarında keçirdikləri 7 oyunda 10 dəfə mərkəzə dəvət edilib. Maraqlıdı ki, "Mançester Yunayted" ötən mövsüm öz meydanında keçirdiyi 18 oyunda cəmi 9 top buraxmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest