"Zirə"nin yeni transferi Kayo Rangel Braziliya mətbuatına açıqlama verib.
 
Matc.az xəbər verir ki, "Globoesporte" nəşrinə danışan 24 yaşlı hücumçu, Bakı klubuna keçidi haqda bunları deyib:
 
"Zirə"nin baş məşqçisinin məni istədiyi ilə bağlı məlumat aldım və menecerimə klubla danışıqlar aparmasına razılıq verdim. Hər şey sürətli baş verdi və danışıqlar sadəcə 2-3 gün çəkdi. Mən burda xoşbəxtəm və inanıram ki, yaxşı mövsüm keçirməyimiz üçün hər şeyimiz var. Klubdan böyük dəstək gördüm və bu, mənə yaxşı təsir edir".
 
"Zirə" Rangellə 1+1 illik müqavilə imzalayıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest