Türkiyənin "Yeni Malatyaspor" klubunun yeni baş məşqçisi müəyyənləşib.
 
Matc.az xəbər verir ki, ötən gün Hikmət Karamanla yollarını ayıran Super Liqa təmsilçisi onu Hamza Hamzaoğlu ilə əvəz edib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Amma tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
 
Qeyd edək ki, Hamza Hamzaoğlu son mövsümdə "Gənclərbirliyi"ni çalışdırıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest