ötən gün Xose Sosa ilə yollarını ayırdığını açıqlayan "Trabzonspor" bu gün daha bir legioneri ilə vidalaşıb.
 
Matc.az xəbər verir ki, Super Liqa təmsilçisi Nemanya Andusiçin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verib.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə Andusiçin müqaviləsinin 50 min avro qarşılığında ləğv olunduğu diqqətə çatdırılıb.
 
Qeyd edək ki, "Trabzonspor" Andusiçi ötən mövsümün əvvəlində Bosniya və Herseqovinanın "Mladost" klubundan 50 min avroya transfer etmiş və 4 illik müqavilə bağlamışdı. Lakin futbolçu bu komandada möhkəmlənə bilməyib. O, geridə qalan mövsümü "Balıkesirpsor"da icarədə keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest