İtaliyanın "Kalyari" klubunun üç futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Komandanın üzvləri Filip Bradariç, Luka çeppitelli və Alberto çerrinin koronavirus testi pozitiv nəticələnib. Hər üç futbolçu karantinə alınıb.
 
Bununla da, komandada koronavirusa yoluxanların sayı 4-ə çatıb. Daha əvvəl komandanın digər futbolçusu Kirill Despodovun da koronavirusa yoluxduğu açıqlanmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest