İngiltərənin "Fulhem" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
 
Matc.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Uiqan"ın müdafiəçisi Entoni Robinsonu heyətinə qatıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 23 yaşlı futbolçu ilə 4 illik müqavilə imzalanıb.
 
Entoni "Everton"un yetirməsidir. Sol cinah müdafiəçisi bu klubun əsas komandasında debüt etmədən 2017/18 mövsümünü "Bolton"da, 2018/19 mövsümünü "Uiqan"da icarədə keçirib. ötən mövsümün əvvəlində isə "Uiqan" onun transfer hüquqlarını da alıb. Robinson 2018-ci ildən ABŞ yığmasına dəvət alır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest